İstanbul derbisində 4 qol, 3 qırmızı vərəqə
Türkiyə kubokunda yarımfinalın ilk oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, bu gün İstanbul derbisi baş tutub. “Beşiktaş” öz meydanında “Fənərbaxça”nı qəbul edib.
“Qara qartal” matça erkən qolla başlasa da, “Fənər” artıq ilk yarıdaca geridönüş etməyi bacarıb. Lakin azlıqda qaldıqdan sonra “Fənərbaxça” qələbəni əldən verib - 2:2.
Türkiyə kuboku
Yarımfinal, ilk oyun
1 mart
“Beşiktaş” - “Fənərbaxça” 2:2
Qollar: Neqredo, 14 (1:0), Soldado, 17 (1:1), Özbayrak, 45+2 (1:2), Taliska, 82 (2:2)
Qırmızı vərəqələr: Potuk, 44 (“Fənərbaxça”), Kuarejma, 52 (“Beşiktaş”), Demirel, 77 (“Fənərbaxça”)
27 fevral
“Akhisar Belediyyespor” - “Qalatasaray” 1:2
Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.