Topaz Premyer Liqanın 18-ci turunda “Qəbələ” ilə qarşılaşacaq
“Neftçi” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq
keçib.
Qol.az-ın xəbərinə görə, komandanın kapitanı Ruslan
Abışov “Neftçi TV”yə açıqlamasında “Qəbələ” ilə oyuna hazırlığı dəyərləndirib:
“Hazırlıq yaxşı keçir, futbolçular həvəslə məşq edirlər. Bilirik, çətin
səfər matçı olacaq. “Qəbələ” çempionluğa oynayan komandadı, buna görə də bizi
çətin görüş gözləyir. “Zirə” ilə oyunda buraxdığımız səhvlərdən nəticə çıxarıb,
bu qarşılaşmada qələbə qazanmalıyıq. Futbolda məğlubiyyətlər, heç-heçələr olur,
amma önəmlisi budur ki, belə vəziyyətlərdə komanda şəklində bir olaq, toparlanıb
qarşıdakı oyunlara yaxşı hazırlaşaq. Çox şükür ki, bu cəhətdən problemimiz
yoxdur. Hər şey qaydasındadır, futbolçuların vəziyyəti yaxşıdır. İnanıram ki,
martın 4-də komanda olaraq öz sözümüzü deyəcəyik”.
Qeyd edək ki, martın 4-də Qəbələ şəhər stadionunda olacaq “Qəbələ” –
“Neftçi” oyunu saat 15:30-da başlanacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi