Neymar nə vaxt meydana qayıdacaq? - həkimi açıqladı

Neymar nə vaxt meydana qayıdacaq? -  həkimi açıqladı
XƏBƏR 1 Mart 2018 / 20:10 5766
-  A +

Həftəsonu əməliyyat olunacaq PSJ-nin futbolçusu Neymar 3 aya yaxın meydana çıxa bilməyəcək.

Qol.az-ın xəbərinə görə, bunu braziliyalı hücumçunun həkimi Rodriqo Lasmar “Sky Sports”a açıqlamasında deyib.

“Neymarın 2.5-3 ay ərzində sağalacağı gözlənilir” – deyə Lasmar bildirib.

Bu isə o deməkdir ki, Neymar mövsümün qalan hissəində meydana çıxmaya bilər.

Qeyd edək ki, Neymar Fransa çempionatının 27-ci turunun "Marsel"lə oyununda (3:0) zədələnib. Bundan əvvəl onun Çempionlar Liqasının 1/8 finalında "Real"la matçda oynamayacağı açıqlanıb.

Daha çox


Son xəbərlər