"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl müsahibə verib.
- Azərbaycan Premyer Liqasının sonuna 11 tur qalmış "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"dən 9 xal öndədir. Demək olarmı ki, klubunuz ardıcıl 5-ci mövsüm çempionluğu təmin etməyə çox yaxındır?
- Hələ cəmi 17 tur arxada qalıb. Bu baxımdan, indiki durumda 9 xallıq fərq çempionluq demək deyil. Ümumiyyətlə, bu barədə danışmaq çox tezdir. Bu, bizi motivasiyamızdan yayındıra bilər. "Biz böyük uğur əldə etmişik və artıq çempion olmuşuq" deyə bilmərik. Komandada hər şey qaydasındadır. Düşünürəm ki, belə də davam edəcək. Daha sonra isə istədiyimiz nəticəni əldə edə bilərik.
- Komandanız qışda demək olar ki, transfer etmədi. Bu, hazırkı heyətin yetərli olmasından irəli gəlir yoxsa, istədiyiniz futbolçularla danışıqlar baş tutmadı?
- Transfer işlərimizi gizli saxlayırıq. Bu barədə danışmaq istəmirik. Ancaq nəticə əldə etdikdən sonra məlumat veririk. Transfer etmədik, çünki bu səlahiyyət baş məşqçimiz Qurban Qurbanovdadır. O istəməsə, etiraz etmirik. Qurban müəllim ehtiyac görməyibsə, deməli, komandada hər şey qaydasındadır. Bu, o dəmək deyil ki, futbolçu tapa bilmədik. Hər hansı çatışmazlıq və oyunçu əskikliyi barədə danışmağımız düzgün olmaz.
- Bir neçə futbolçunun adı komanda ilə hallanırdı. Daha çox zimbabveli hücumçu Xama Billiatın transferi gündəmdə idi...
- Biz mütəmadi olaraq, futbolçularla danışıqlar aparır, görüşürük. Transfer üçün aktiv görüşlər reallaşdırırıq. Bu transferlərdən alınanı da olur, alınmayanı da. Bəzən də uzun müddətə baş tutur. Adlar barədə danışmaq istəmirəm. Biz həmişə klubun ehtiyacı və baş məşqçinin istəyinə görə transfer barədə nələrsə etməyə çalışırıq.
- Bəlkə bütün gücünüzü yay transfer pəncərəsinə yönəltmisiniz ki, avrokublarda daha iddialı çıxış edəsiniz?
- Çox güman ki, belə də olacaq. Hazırda transfer etmək, azad agent statusuna malik futbolçu tapmaq çətindir. Düşünürəm ki, əsas transferlərimizi yayda reallaşdıracağıq.
- Qışda Dino Nlovu və Tarık Elyunussi komandadan ayrıldı. Bu futbolçuların yoxluğu hiss olunur?
- Mən elə düşünmürəm. Komandadakı futbolçulara baxırıq. Yenə qeyd etmək istəyirəm ki, baş məşqçimiz razıdırsa, biz də razıyıq. Hazırda belə bir problemimiz yoxdur. Komandadan gedən oyunçulara da uğurlar arzulayıram.
- Qış fasiləsindən sonra "Qarabağ" 3 oyunda cəmi 2 qol vura bilib. Bu, hücumdakı sıxıntıdan xəbər vermir?
- Bunu zamanla daha aydın şəkildə görəcəyik. Məncə, daha yaxşı olacaq.
- Bəs Ramil Şeydayevin durumu barədə nə deyə bilərsiniz? Milli komandada çıxış edir. Gənc və istedadlı futbolçulardan hesab edilir. "Qarabağ"ın heyətində şans qazansa da özünü yaxşı tərəfdən göstərə bilmir...
- Bunlar texniki suallardır. Mənim bu haqda danışmağım həm mümkün deyil, həm də düzgün olmaz. Onu deyə bilərəm ki, Ramil bizim istədiyimiz futbolçudur. Milli komandanın da üzvüdür. Hər bir oyunçunun çətinlik çəkdiyi vaxtları olur. Belə vaxtlarda biz ona dəstək olmalıyıq. Hamımız qara zolaqdan çıxması üçün Ramilə kömək etməliyik.
- Bir neçə gün öncə klubunuzun vitse-prezidenti Tahir Gözəl futbolçularla görüş keçirdi və komandanın qarşısına yeni tapşırıqlar qoydu. Bu vəzifələrdən biri, yəqin ki, Çempionlar Liqasına vəsiqədir. Yeni formatda isə qrupa düşmək bir az çətinləşib...
- Tahir bəy mütəmadi olaraq komanda ilə görüşür və hər şeyi nəzarətdə saxlayır, hər zaman öz tapşırıqlarını verir. Biz isə hədəflərə çatmaq üçün əlimizdən gələni edirik. Hər il olduğu kimi, bu il də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bunu zamanla görəcəyik. Hara kimi gedə bilsək, komandanı ora kimi aparmaq istəyirik. Çempionlar Liqasında isə sistem dəyişib. Amma bizim hədəflərimiz dəyişməməlidir ki, ən yüksək zirvələrə çıxa bilək.
- Tahir Gözəl həm də klubunuzun gənclərə üstünlük verəcəyini söyləyib. Bu isə birmənalı qarşılanmayıb...
- O, həmişə azərbaycanlı gənclərin yetişdirilməsinə diqqət göstərilməsini tələb edir. Bu, bizim yeni hədəfimiz deyil. İllər öncə bu tapşırıq bizə verilib. Bu barədə də əlimizdən gələni edirik.
- Klubun büdcəsində bir dəyişiklik yoxdur?
- Büdcəmizdə hər hansı dəyişiklik yoxdur. Hər şey qaydasındadır. Biz yenə ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün çalışacağıq.
- Son olaraq infrastrukdur barədə danışmağınızı istərdik. Klub bu mövsüm 3 stadiondan istifadə etdi. Onlardan hansını gələn mövsüm avrokublar üçün sifariş edəcəksiniz?
- Bu barədə tələsmək istəmirik. Hazırda bütün stadionlar yaxşı vəziyyətdədir. Hamısından istifadə oluna bilər. Buna qərar vermək üçün ilk növbədə, avrokuboklara vəsiqə qazanmaq lazımdır. Ondan sonra ən düzgün qərarı verəcəyik (report).
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq