Şəhriyar Məmmədyarov mövqeyini qorudu

Şəhriyar Məmmədyarov mövqeyini qorudu
XƏBƏR 1 Mart 2018 / 11:42 1639
-  A +

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

Qol.az-ın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 5 xal itirsə də, 2-ci pillədəki yerini qoruyub. O, hazırda 2809 xalla birinci pillədəki dünya çempionu Maqnus Karlsendən  (Norveç) 34 xal geri qalır.

Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 18-ci (2748), Rauf Məmmədov 39-cu (2709), Arkadi Naydiç 45-ci (2701) pillədə yer alıb. 


Son xəbərlər
topaz banner