Qrizmann 100-ü keçdi

Qrizmann 100-ü keçdi
XƏBƏR 1 Mart 2018 / 11:19 2550
-  A +

"Atletiko"nun futbolçusu Antuan Qrizmann üçün La Liqanın 26-cı turunda "Leqanes"lə oyun (4:0) əlamətdar olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sözügedən matçda pokerə imza atan fransalı hücumçu Madrid klubu ilə vurduğu qolların sayını 102-yə çatdırıb. Bununla da o, 21-ci əsrdə "Atletiko"da 100 qol vuran komandanın üçüncü oyunçusu olub.

Qeyd edək ki, bundan əvvəl Serxio Aquero (101) və Fernando Torres (124) 100 qol səddini aşıb.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner