"Roma" Di Françeskonun qarşısına şərt qoydu

"Roma" Di Françeskonun qarşısına şərt qoydu
XƏBƏR 28 Fevral 2018 / 21:12 3720
-  A +

“Roma”nın baş məşqçisi Eysebio Di Françesko yayda vəzifəsindən ayrıla bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, klub rəhbərliyi çalışıdırıcını qarşısına şərt qoyub. Əgər “canavarlar” mövsümün sonunda A Seriyasında Çempionlar Liqasına vəsiqə verən yerlərdən birini tuta bilməsə, təcrübəli mütəxəssis istefaya göndəriləcək.

Ancaq bəzi klub rəsmiləri fərqli fikirdədirlər. Onların fikrincə, “Roma” qitənin ən nüfuzlu klub turnirinə qatıla bilməsə belə,  Di Françeskoya daha bir şans verilməlidir.

Son xəbərlər