Maksimov "Keşlə"ni məşqə çıxardı

Maksimov "Keşlə"ni məşqə çıxardı
XƏBƏR 28 Fevral 2018 / 20:32 2335
-  A +

"Keşlə" Topaz Premyer Liqanın 18-ci turu çərçivəsində "Zirə" ilə qarşılaşacaq.

Qol.az-ın "Keşlə"nin rəsmi saytına istinadən yaydığı məlumata görə, paytaxt təmsilçisi birgünlük istirahətdən sonra bu gün məşqlərə başlayıb. Komanda Yuri Maksimovun başçılığı altında gün ərzində iki dəfə məşq edib.

Qeyd edək ki, bu gün Maksimovun istefa verməsi ilə bağlı xəbər yayılmışdı.

Xatırladaq ki, "Zirə" – "Keşlə" görüşü martın 4-də keçiriləcək. Matç saat 18.00-da start götürəcək.

Son xəbərlər