"Yuventus"dan Emre Cana xəbərdarlıq

"Yuventus"dan Emre Cana xəbərdarlıq
XƏBƏR 28 Fevral 2018 / 20:03 5924
-  A +

"Yuventus" "Liverpul"un yarımmüdafiəçisi Emre Canı transfer etmək fikrindən daşına bilər.

Qol.az-ın "La Gazetta dello Sport"a istinadən yaydığı məlumata görə, buna səbəb türk əsilli futbolçunun gələcək karyerası ilə bağlı yekun qərar verməməsidir. Turin klubu ilə danışıq aparan Almaniya millisinin üzvü eyni zamanda "Liverpul"la mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzada biləcəyini söyləyib.

Canın bu açıqlamasından sonra "Yuventus" rəsmiləri ona son xəbərdarlıqlarını ediblər. Əgər yarımmüdafiəçi bu həftə qəti qərar verməsə, onunla danışıqlar birdəfəlik dayandırılacaq.

Daha çox


Son xəbərlər