Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın futbolçusu Fernandaonu cəzalandırıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna onun ölkə çempionatının 23-cü turunda "Beşiktaş"a qarşı matçda qol sevincini qeyd edən zaman azarkeşlərə qarşı etdiyi qeyri-etik hərəkət səbəb olub. Buna görə braziliyalı hücumçu 2 oyunluq cəzalandırılıb və 13 min türk lirəsi məbləğində cərimələnib.
Beləliklə o, Türkiyə kubokunun yarımfinalında "Beşiktaş"la ilk matçı və ölkə çempionatında "Akhisarspor"la görüşü buraxacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi