"Messi adi insan olduğunu sübut etməsə, cəzalandırılmalıdır"

"Messi adi insan olduğunu sübut etməsə, cəzalandırılmalıdır"
XƏBƏR 28 Fevral 2018 / 16:12 5475
-  A +

İran millisinin baş məşqçisi Karluş Keyruş Lionel Messi haqda maraqlı açıqlama verib.

Qol.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan portuqaliyalı mütəxəssis argentinalı hücumçunun adi insan olmadığını bildirib:

"Messi bu dünyanın adamı deyil. Nə qədər ki, o, adi insan olduğunu sübut etməyib, FİFA onu cəzalandırmalıdır. Messi qeyri-adi insan olmasaydı, DÇ-2014-də qəribə məqamda qapımıza qol vura bilməzdi".

Qeyd edək ki, DÇ-2014-də keçirilən Argentina - İran oyununun son saniyələrində Messinin vurduğu qol komandasına qələbə qazandırıb.

Son xəbərlər