"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev Qol.az-a müsahibəsində Topaz Premyer Liqanın 18-ci turunda "Qarabağ"la keçiriləcək oyundan və komandasının hədəflərindən danışıb.
- Son turda "Keşlə"yə qalib gəldiniz. Bu qələbə "Qarabağ"la oyunqabağı komandanızı ruhlandırıb?
- Qış fasiləsindən sonra oyunlarımız uğurlu alınır. Səfərdə keçirdiyimiz iki görüşdən 4 xalla dönmüşük. Ev oyunumuzda isə qalib gəldik. Bizi "Qarabağ"la böyük bir imtahan gözləyir. Komandamızda əhval-ruhiyyə yaxşıdır. Bəzi zədəlilərimiz vardı ki, onlar da sıraya qoşulublar. Hər şey əladır. Çalışacağıq ki, ən azından "Qarabağ"a məğlub olmayaq.
- "Qarabağ"ı kubokdan kənarlaşdırdınız. Rəqib bunun heyfini çıxmağa çalışacaq.
- Düzdür, "Qarabağ" da yarımfinala çıxmaq istəyirdi. Ancaq futbolda belə nəticələr olur. "Qarabağ" hər oyuna qələbə üçün çıxır. Təbii ki, qeyd etdiyiniz amil də bir qədər özünü göstərəcək. Ancaq biz çalışacağıq ki, kubokda olduğu kimi bu dəfə də yaxşı nəticə qazanaq. Bilirik ki, çox çətin olacaq. Çünki reallıqdır ki, "Qarabağ" bu gün həm heyəti, həm də göstərdiyi oyunu ilə bizdən üstündür.
- "Sumqayıt" kubok oyunundakı qələbənin təsadüf olmadığını sübut etməyə çalışacaq?
- Ən azından məğlub olmamaqla bunu göstərməyə çalışacağıq. Ancaq iİstənilən nəticə qeydə alına bilər.
- "Sumqayıt" bu gün Premyer Liqamızda ən çox azarkeş kütləsinə malik olan komandalardan biridir. Doğma meydan amili "Qarabağ"dan xal almağa kömək edə bilər?
- Əlbəttə, "Qarabağ" kimi komandanı kubokdan kənarlaşdırmışıqsa, çempionatda da qalib gəlmək olar. Düşünürəm ki, bütün Sumqayıt bu oyuna yaxşı hazırlaşıb. Həm, azarkeşlər, həm də bizim kollektivimiz. Məncə, azarkeşlər maraqlı oyun izləyəcək.
- "Sumqayıt" digər klublarımızdan fərqli olaraq sırf yerli futbolçularla mübarizə aparır. Bununla belə, komanda medallar uğrunda yarışır.
- Baş məşqçimiz Samir Abasovun əməyi böyükdür. Xeyli müddətdir komandaya rəhbərlik edir. Futbolçuları tədricən bu səviyyəyə gətirib çıxarıb. Əsas məşqçilər korpusunun işini vurğulamaq lazımdır. Komandamız kollektiv oyun sayəsində yaxşı çıxış edir. Bəli, ən sevindirici məqam odur ki, biz legionersiz heyətimizlə çempionatda yaxşı mübarizə aparırıq.
- Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Zirə" ilə xal fərqiniz 5-ə enib. Bu, iddianızı artırır?
- Biz ilk dəfədir ki, Avroliqaya vəsiqə üçün belə yaxşı şans qazanmışıq. Kubokda mübarizəmizi davam etdiririk. Çempionatda isə 4-cü yerdəyik. Hansı ki, Avroliqaya vəsiqə üçün yaxşı mövqedir. Hər iki cəbhədə sona qədər oynayacağıq. Kuboku da qazana bilərik. Ancaq hələ ki, çempionat oyunlarını düşünürük. Təbii ki, biz də avrokuboklarda çıxış etmək istərdik.
- "Sumqayıt"la müqavilən nə vaxt bitir? Karyeran haqda nə düşünürsən?
- Mövsümün sonunda müqaviləm başa çatacaq. "Sumqayıt" istəsə, keryeramı bu komandada davam etdirəcəm. Ancaq hələ ki, bu barədə danışığımız olmayıb.
Ramiq AĞAMƏMMƏDOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi