“Suarez cəzalanmalıdır” - La Liqanın prezidenti

“Suarez cəzalanmalıdır” -   La Liqanın prezidenti
XƏBƏR 28 Fevral 2018 / 01:28 5199
-  A +

La Liqanın prezidenti Xavyer Tebas çempionatın son turunda qəsdən sarı vərəqə alaraq cəzalı duruma düşməy cəhd edən “Barselona”nın hücumçusu Luis Suarez haqda danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, o, uruqvaylı forvardın cəzalandırılmalı olduğunu bildirib:

“Luis Suarez qəsdən sarı vərəqə almağa çalışırdı. Buna görə də o, cəzalanmalıdır. Əgər Suares “Jirona” ilə görüşdə sarı vərəqə ilə cəzaansaydı, bu halda növbəti turda meydana çıxmayacaq, əvəzində “Atletiko” ilə görüşdə forma geyə biləcəkdi.

Biz isə bu cür halları La Liqada görmək istəmirik. Əlimdən gələni edirəm ki, çempionatımızda saxtakarlıq olmasın”.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə