22 yaşlı müdafiəçi Avropa nəhənglərinin hədəfində

22 yaşlı müdafiəçi Avropa nəhənglərinin hədəfində
XƏBƏR 28 Fevral 2018 / 00:43 4643
-  A +

“Real Soseydad”ın müdafiəçisi Alvaro Odriosole tezliklə klubunu dəyişə bilər.

Qol.az-ın “Daily Mail”ə istinadən yaydığı xəbərə görə, 22 yaşlı futbolçu Avropanın aparıcı klublarının hədəfindədir.

Belə ki, “Mançester Yunayted”, “Real” və “Barselona” Odriosoleni transfer etmək istəyir. “Qırmızı şeytanlar”ın skautları gənc müdafiəçinin oyununu Avroliqanın 1/16 final mərhələsi çərçivəsində “Zalsburq”a qarşı keçirilən görüşdə canlı izləyiblər.

Qeyd edək ki, “Real Soseydad” Odriosole üçün 18 milyon funt tələb edir.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə