“Konte İtaliya millisi üçün ən yaxşı variantdır”

“Konte İtaliya millisi üçün ən yaxşı variantdır”
XƏBƏR 28 Fevral 2018 / 00:22 2399
-  A +

Ötənlərin məşhur futbolçusu, İtaliya Futbol Federasiyasının rəsmisi Alessandro Kostakura ölkə millisinin baş məşqçi vəzifəsinə namizədlər barədə danışıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Kostakura qeyd edib ki, “Skuadra Adzurra” üçün hazırda ən yaxşı variant Antonio Kontedir:

“Mənim fikrimcə, namizədlər arasında İtaliya millisi üçün ən yaxşı variant Antonio Kontedir. Qarşıdakı aylarla onunla söhbətimiz olacaq. Hələ ki yekun qərar verməmişik. Lakin düşünürəm ki, Konte işinin öhdəsindən hamıdan yaxşı gələ bilər.

Bu, o demək deyil ki, mən Mançini, yaxud Ançelotti ilə çalışmaq istəməzdim. Sadəcə, onların millidə çalışmağa razılıq verəcəklərinə inanmıram.

Biz İtaliya “A” seriyasında çalışan məşqçilərin, eləcə də Cennaro Qattuzonun namizədliyini müzakirə etmirik”.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə