"Sumqayıt" "Qarabağ"la oyuna yeni futbolçularla hazırlaşır

"Sumqayıt" "Qarabağ"la oyuna yeni futbolçularla hazırlaşır
XƏBƏR 27 Fevral 2018 / 22:31 4059
-  A +

Topaz Premyer Liqanınn 17-ci turunda “Keşlə”ni məğlub edən “Sumqayıt” bir günlük istirahətin ardından məşqləri bərpa edib.

Qol.az-ın klubun saytına idtinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb.

Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb. Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması 3 mart, saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Daha çox


Son xəbərlər