Ronaldo bu gün oynamayacaq

Ronaldo bu gün oynamayacaq
XƏBƏR 27 Fevral 2018 / 19:32 4173
-  A +

“Real”ın futbolçusu Kriştiano Ronaldo İspaniya La Liqasının 26-cı turunda bu gün “Espanyol”la keçiriləcək oyunda meydana çıxmayacaq.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun adı sözügedən matç üçün iştirak ərizəsinə daxil edilməyib.

Komandanın baş məşqçisi Zinəddin Zidan 33 yaşlı futbolçuya istirahət vermək qərarına gəlib.

Qeyd edək ki, “Espanyol” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə