"Bəzi klublar heç əsas komandaya normal şərait yarada bilmir"

"Bəzi klublar heç əsas komandaya normal şərait yarada bilmir"
XƏBƏR 27 Fevral 2018 / 18:23 3200
-  A +

"Əslində, AFFA-nın uşaq futbolu ilə bağlı klubların qarşısına qoyduğu tələb işin xeyrinə hesablanıb. Amma gəlin, məsələyə bir az real baxaq".

Bu sözləri Qol.az-a açıqlamasında "Xəzər" klubunun icraçı direktoru Emin Abbasov deyib. Bu yaxınlarda Gürcüstan Futbol Federasiyası elita təmsilçilərinin nəzdində fəaliyyət göstərən aşağı yaş qrupları üzrə komandaların azaldılmasına, cəmi 3 yaş qrupu üzrə çempionat təşkil olunmasına qərar verib. Bu məsələ Azərbaycan futbolu üçün də aktualdı. Çünki heç kimə sirr deyil ki, son illər Azərbaycan futbolunda maliyyə sıxıntısı var. Həm bu səbəbdən, həm də lazımı infrastrukturun olmaması üzündən uşaq futbolunu saxlamaq klublar üçün əlavə yükdü. Əvəzedici komandanı da nəzərə alsaq, hər bir Premyer Liqa klubu əsas komanda ilə yanaşı daha 10 komanda saxlamalıdır. E. Abbasov hesab edir ki, bizdə də uşaq futbolu ilə bağlı duruma yenidən baxmaq lazımdır:

"Bəzi klublar heç əsas komandasına normal şərait yarada bilmir, məşq eləmək üçün normal stadiona malik deyil. Bu sıxıntıların içində ən azı 10 komanda da saxlamaq məcburiyyəti ilə üzləşir. Hərçənd UEFA-nın qoyduğu tələb 3 yaş qrupudu. Bəli, Gürcüstanda 15 yaşa qədər uşaqlar arasında çempionatların keçirilməməsinə qərar verilib. Düzü, mən bu fikrə də qatılmıram və hesab edirəm ki, U-10 qrupundan başlayaraq uşaqlar arasında çempionatlar təşkil olunması labüddür. Lakin AFFA-nın uşaq futbolunu klub sahiblərinin hesabına inkişaf etdirmək planı doğru deyil. Yəni Premyer Liqada klub saxlamaq həvəsində olan iş adamını uşaq futboluna da pul ayırmağa məcbur etmək doğru deyil. Bu işlə bilavasitə AFFA məşğul olmalıdı və uşaq futbolunun maliyyəşməsi də bu qurumun üzərinə düşməlidir. Bütün ölkə ərazisində akademiyalar, uşaq futbol məktəbləri yaradılmalıdır. Hər hansı elita klubu 3 yox, 7, 8 və ya 9 uşaq komandası saxlamaq istəsə, bu, artıq həmin klubun imkanlarına və istəyinə bağlı məsələ olmalıdır. İndiki qərar kəmiyyətə hesablanıb, keyfiyyətə yox. Biri var, klub 3 komanda saxlasın, biri də var, 10. Say çoxaldıqca keyfiyyəti qorumaq çətinləşir. Mənə elə gəlir ki, AFFA rərhbərliyi bu məsələyə bir daha baxmalıdır”.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə