"Kəpəz"də zədəli futbolçuların son durumu müəyyənləşdi

"Kəpəz"də zədəli futbolçuların son durumu müəyyənləşdi
XƏBƏR 27 Fevral 2018 / 18:06 1675
-  A +

"Qarabağ"a qarşı son çempionat oyununda zədələnən "Kəpəz"in futbolçularının vəziyyəti qənaətbəxşdir.
 
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Dieqo Souza, Samir Zərgərov və İlyas Səfərzadənin durumu nəzarət altındadır. Əzələ yüklənməsi diaqnozu qoyulan Zərgərov artıq komanda ilə kollektiv məşqlərə başlayıb. Əzələ ilə bağlı problemləri olan İlyasla Dieqo isə bu gün fərdi halda hazırlaşıb.

Sabah təkrar müayinədən asılı olaraq onların kollektiv məşqlərə qoşulub-qoşulmamasına qərar veriləcək. 

Daha çox


Son xəbərlər