"Mançester Siti"də daha bir itki - "Arsenal"la oyunöncəsi

"Mançester Siti"də daha bir itki - "Arsenal"la oyunöncəsi
XƏBƏR 27 Fevral 2018 / 17:53 2968
-  A +

İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınmış görüşdə "Arsenal"la qarşılaşacaq "Mançester Siti" daha bir itki ilə üzləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Rahim Sterlinqdən sonra Fernandinyonun da vacib oyunu buraxacağı dəqiqləşib. Onun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı isə dəqiq bilinmir.

Qeyd edək ki, "Arsenal" - "Mançester Siti" oyunu martın 1-də keçiriləcək.

Daha çox


Son xəbərlər