Qomes Bakıya nə vaxt qayıdacaq? - "Atasının vəziyyəti pisdir"

Qomes Bakıya nə vaxt qayıdacaq? - "Atasının vəziyyəti pisdir"
XƏBƏR 27 Fevral 2018 / 16:05 3013
-  A +

Topaz Premyer Liqasının 17-ci turunun "Zirə" ilə oyunundan (1:1) sonra ailə vəziyyəti ilə bağlı ölkəsinə yollanan "Neftçi"nin argentinalı hücumçusu Lukas Qomes martın 2-də Bakıya qayıdacaq.

Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib. Onun sözlərinə görə, futbolçu atasına görə Argentinaya gedib:

"Qomesin atası xəstədir. Vəziyyəti pisdir. Ölkəsinə buna görə gedib. Amma martın 2-si qayıdacaq. Artıq bilet alıb. Ancaq Qomesin növbəti turda "Qəbələ"yə qarşı oynaması sual altındadır. Yekun qərarı baş məşqçi verəcək".

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı martın 4-də keçiriləcək. "Neftçi"nin heyətində cəzalı Rəşad Sadiqov və zədəlilər - Elnur Cəfərovla Məhəmməd Mirzəbəyov bu oyunu buraxacaqlar

Daha çox


Son xəbərlər