"Salah öküz kimi sağlamdır" - Misir millisinin həkimi

"Salah öküz kimi sağlamdır" - Misir millisinin həkimi
XƏBƏR 27 Fevral 2018 / 15:47 3134
-  A +

"Salah Konqo ilə matçın 90+5-ci dəqiqəsində penaltini qola çevirməklə təkcə millini dünya çempionatına aparmadı. O, sanki bütün misirliləri əsirlikdən xilas etdi".

Qol.az-ın məlumatına görə, bu sözləri "sport24.ru" saytına açıqlamasında Misir millisinin həkimi Məhəmməd Əli deyib. Yığmanın aparıcı üzvü Məhəmməd Salahla bağlı fikirlərini açıqlayan M. Əli onun çox sağlam futbolçu olduğunu bildirib:

"Bizim üçün futbol dindir. Dünya çempionatına çıxmasaydıq, sanki bizi türməyə salardılar. Salahın sirri nədədir? O, öküz kimi sağlamdır. Həm də çox sadə oğlandır, həmişə məsləhətlərə qulaq asır. Həkimlərin bütün təlimatlarına əməl edir. Özünü super ulduz kimi yox, sadə insan kimi aparır. Nə gizlədim, çempionat vaxtı bütün Misir ona dua edəcək".

Qeyd edək ki, Misir millisi DÇ-2018-də ev sahibi Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla A qrupunda yer alıb.

Son xəbərlər