Neymar "Real"a qarşı oynamayacaq - rəsmi

Neymar "Real"a qarşı oynamayacaq - rəsmi
XƏBƏR 27 Fevral 2018 / 14:55 4540
-  A +

Fransa çempionatının 27-ci turunun "Marsel"lə oyununda (3:0) zədələnən PSJ-nin hücumçusu Neymarın durumuna aydınlıq gəlib.

Qol.az-ın xəbərinə görə, sözügedən görüşdə topuğu burxulan braziliyalı futbolçu ən azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Məlumatı klubun rəsmi saytı yayıb. Bu isə o deməkdir ki, Neymar martın 6-də Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real"la cavab matçını buraxacaq.

Qeyd edək ki, bu komandalar arasında Madriddə keçirilən ilk oyunda PSJ 1:3 hesabı ilə uduzmuşdu.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə