Buffon milliyə qayıtmaq istəyir

Buffon milliyə qayıtmaq istəyir
XƏBƏR 27 Fevral 2018 / 12:57 1622
-  A +

"Qarşıda iki vacib yoldaşlıq oyunu olacaq. Həmin vaxt ailəmlə istirahətə yollanmağa hazırlaşıram. Amma əgər milli komandaya lazımamsa, yenidən oynamağa hazıram".

Qol.az-ın məlumatına görə, bu sözləri "goal.com"a açıqlamasında "Yuventus"un qapıçısı Canluici Buffon deyib. Bir müddət öncə İtaliya millisindəki karyerasını başa vurduğunu açıqlayan təcrübəli qolkiper yenidən yığmanın şərəfini qorumağa hazır olduğunu bildirib:

"Milli komandanı ata bilmərəm. Çünki yığmaya sadiqəm və orada oynamağın məsuliyyətini başa düşürəm. Mənim gələcəyimin bununla heç bir əlaqəsi yoxdur. Argentina və İngiltərə ilə oyunlarda komandaya kömək edə biləcək kifayət qədər təcrübəli futbolçu var".

Daha çox


Son xəbərlər