"Zirə"nin makedoniyalı müdafiəçisi Yani Urdinov Qol.az saytına müsahibə verib.
- Topaz Premyer Liqanın 17-ci turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdiniz. Əvvəlcə həmin oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Əslində səfərə qələbə dalınca yollanmışdıq. Elə meydana da 3 üçün çıxmışdıq. Amma bir xalla kifayətləndik. Düşünürəm ki, əsas oyunçularımız meydanda olsaydılar və evdə oynasaydıq, istədiyimiz nəticəni qazana bilərdik.
- Sizcə, 1 xalı "Zirə" üçün yaxşı nəticə saymaq olar?
- Əlbəttə ki, indiki məqamda 1 xalı yaxşı nəticə hesab etmək olmaz. Çünki biz bu görüşdə 3 xala ümid edirdik. Son 2 oyunda cəmi 1 xal qazanmışıq. Ötən tur "Qəbələ"yə uduzmuşuq. Amma digər tərəfdən, səfərdə 1 xal almaq elə də pis nəticə deyil. Növbəti oyunda qalib gəlməyə çalışacağıq. Bütün komanda buna inanır.
- İlk hissədə başabaş oyun getsə də, ikinci yarıda tamamilə müdafiəyə çəkildiniz. Bu nə ilə bağlı idi?
- İlk hissədə məğlub duruma düşdükdən sonra kəsərli hücumlar edib, hesabı bərabərləşdirə bildik. Bundan sonra məşqçi göstəriş verdi ki, müdafiədən oynayaq. O, kənardan hər şeyi görür. Düşünürəm ki, doğru qərar verdi. Nəticədə 1 xal qazandıq. "Qəbələ"yə məğlubiyyətdən sonra bu xal komandadakı atmosferi də yaxşılaşdıracaq.
- "Zirə"yə transferiniz necə gerçəkləşdi?
- Antalyada "Qəbələ" ilə yoxlama oyunu keçirdik. Həmin matçda "Zirə"nin baş məşqçisi mənim çıxışımı görüb bəyənib. Oyundan sonra klub rəsmiləri ilə əlaqə saxlayıblar. Məni komandalarında görmək istədiklərini bildiriblər. İki klub razılığa gəldikdən sonra transferim gerçəkləşib.
- Artıq Azərbaycan çempionatında 3 oyun keçirmisiniz. Premyer Liqa haqda nə deyə bilərsiniz?
- Klublarınızın fərqli oyun üslubu var. Bura Çexiyanın "Bohemians" klubundan gəlmişəm. Misal üçün, orada güc və sürətli oyuna üstünlük verilir. Azərbaycan çempionatında isə daha çox texnikalı futbol ön plana çıxır.
- Bəs Bakı ilə bağlı təəssüratlarınız necədir?
- Bakı çox gözəl şəhərdir. "Zirə"yə gəldiyim, burada olduğum üçün sevinirəm. Komandada hamı məni yaxşı qarşılaşdı.
- Burada icarə əsasında çıxış edirsiniz. "Zirə" mövsümün sonunda sizi birdəfəlik transfer edə bilər. Bu komandada qalmaq istəyərsiniz?
- Qarşıda hələ bir neçə ay var. Gələcəkdə nəyin necə olacağını bilmək olmaz. Mənə qalsa, karyeramı "Zirə"də davam etdirmək istəyərəm. Azərbaycanı çox sevdim, burada xoşbəxtəm. Niyə də olmasın?!
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi