"Araz Abdullayev sübut etdi ki, formasını itirməyib"

"Araz Abdullayev sübut etdi ki, formasını itirməyib"
XƏBƏR 26 Fevral 2018 / 17:16 6203
-  A +

Kipr mətbuatı "Anortosis"in azərbaycanlı futbolçusu Araz Abdullayevdən yazıb.

Qol.az-ın məlumatına görə, ölkə çempionatının son turunda AEL - "Anortosis" matçından sonra hər iki komandanın çıxışını dəyərləndirən "SuperSport" saytı həmyerlimizin oyununa da qiymət verib. Yunanıstanlı jurnalistlər Abdullayevin zədəli olmasına baxmayaraq, formasını itirmədiyini qeyd ediblər:

"Araz Abdullayev tam olaraq sübut etdi ki, start heyətə qayıda bilər. O, zədəli idi və əsas start heyətdən kənarda qalmışdı. Amma AEL-lə oyun göstərdi ki, Araz əvvəlki formasını itirməyib".

Qeyd edək ki, AEL - "Anortosis" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər
topaz banner