Neymar "Real"la cavab matçında oynayacaq?

Neymar "Real"la cavab matçında oynayacaq?
XƏBƏR 26 Fevral 2018 / 16:43 4408
-  A +

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real"la keçiriləcək cavab oyununda meydana çıxa bilər.

Qol.az-ın "goal.com"a istinadən yaydığı xəbərə görə, bu barədə Paris klubunun baş məşqçisi Unay Emeri məlumat verib. İspaniyalı mütəxəssis Fransa çempionatının 27-ci turunun "Marsel"lə oyununda (3:0) zədələnən braziliyalı ulduzun zədəsinin ciddi olmadığını bildirib:

"Paltardəyişmə otağındakı ilkin müayinədən sonra aydın oldu ki, Neymarın topuğu burxulub. Həkimlər bu barədə daha dəqiq məlumat verəcəklər. Amma düşünürəm ki, "Real"la oyuna kimi zədəsini sağaldacaq".

Qeyd edək ki, PSJ və "Real" arasında cavab matçı martın 6-da Paris keçiriləcək. Madriddəki ilk oyunda "kral klubu" 3:1 hesablı qələbə qazanmışdı.

Son xəbərlər
topaz banner