Nazim Süleymanov Rusiya çempionatının rəmzi yığmasında - Şəkil

Nazim Süleymanov Rusiya çempionatının rəmzi yığmasında - Şəkil
XƏBƏR 26 Fevral 2018 / 15:39 4099
-  A +

Rusiya Premyer Liqası tarixində postsovet ölkələrinin ən yaxşı futbolçularının rəmzi yığması açıqlanıb.

Qol.az-ın məlumatına görə, "sports.ru" saytının versiyasına əsasən, 11-liyə millimizin sabiq kapitanı, 1991-1996-cı illərdə "Alaniya"nın şərəfini qorumuş Nazim Süleymanovun da adı salınıb.

Rəmzi komandada aşağıdakı futbolçular yer alıblar:

Qapıçı: Andrey Dikan (Ukrayna)

Müdafiəçilər: Sergey Qurenko (Belarus), Malxaz Asatiani (Gürcüstan), Oleq Paşinin (Özbəkistan), Dmitri Parfenov (Ukrayna)

Yarımmüdafiəçilər: Deyvidas Şemberas (Litva), Anatoli Timaşuk (Ukrayna), Nazim Süleymanov (Azərbaycan), Mircəlal Qasımov (Özbəkistan), Vasili Baranov (Belarus)

Hücumçu: Georgi Demetradze (Gürcüstan)


Son xəbərlər
topaz banner