Superliqada baş məşqçi istefası

Superliqada baş məşqçi istefası
XƏBƏR 26 Fevral 2018 / 15:17 2589
-  A +

Türkiyənin "Alanyaspor” klubunun baş məşqçisi Hikmet Karaman istefa verib.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, 58 yaşlı mütəxəssis komandası uğursuz çıxış etdiyi üçün vəzifəsindən gedib.

Klub rəhbərliyinin artıq Mesut Bakkalla danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, Hikmət Karaman qış fasiləsində "Alanyaspor”un baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında çıxdığı 6 matçdan 5-də uduzub, 1-də heç-heçə edib. Alanya təmsilçisi 21 xalla 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner