Azarkeşlər baş məşqçini xəstəxanalıq etdi - oyun təxirə düşdü

Azarkeşlər baş məşqçini xəstəxanalıq etdi -  oyun təxirə düşdü
XƏBƏR 26 Fevral 2018 / 14:30 3796
-  A +

Yunanıstan futbolunda növbəti insident yaşanıb.

Qol.az-ın xəbərinə görə, hadisə PAOK - “Olimpiakos” oyununda baş verib.

Görüşdən əvvəl yerli azarkeşlər qonaq komandanın ehtiyat oyunçular skamyası tərəfə müxtəlif əşyalar atıblar. Atılan əşyalardan biri “Olimpiakos”un baş məşqçisi Oskar Qarsiyanın üzünə dəyib. Onu dərhal  xəstəxanaya aparıblar. Bu səbəbdən oyun təxirə salınıb.

Azarkeşlərin bu hərəkətinə görə PAOK-u ağır cəza gözləyir.


Son xəbərlər
topaz banner