Şehiç 6 oyundur qol buraxmır

Şehiç 6 oyundur qol buraxmır
XƏBƏR 26 Fevral 2018 / 12:12 1678
-  A +

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Topaz Premyer Liqasındakı quru oyunlar seriyasını 6-ya çatdırıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 17-ci turun “Kəpəz”lə ev matçında (1:0) da qapısını toxunulmaz saxlayan bosniya və herseqovinalı sonuncu dəfə 9-cu turda qol buraxıb.

O, 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə qarşılaşmanın (0:1) 8-ci dəqiqəsində Asif Məmmədovun fərqlənməsinə mane ola bilməyib. Həmin qoldan sonra Şehiç meydanda olduğu matçlarda uğurlu seriyaya imza atıb. Ötən il “Səbail” (1:0), “Kəpəz” (2:0) və 30-cu dəqiqəsində qırmızı vərəqə aldığı “Sumqayıt”la (2:0), mövsümün ikinci yarısında isə “Qəbələ” (0:0), “Səbail” (1:0), “Kəpəz”lə görüşlərdə top buraxmayan İbrahimin quru seriyası 562-yə dəqiqəyə çatıb.

Daha çox


Son xəbərlər