“Qarabağ” Ramil Şeydayevlə yolları ayırır

“Qarabağ” Ramil Şeydayevlə yolları ayırır
ÖLKƏ FUTBOLU 26 Fevral 2018 / 10:57 6079
-  A +

Bu mövsümün sonu “Qarabağ”dan göndəriləcək bir futbolçunun adına böyük ölçüdə aydınlıq gəlib.

Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubu millimizin hücumçusu Ramil Şeydayevlə yolları ayırmaq niyyətindədir. Buna səbəb gənc futbolçunun baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayaraq əsas heyətə düşə bilməməsidir.

Qeyd edək ki, Şeydayev “Qarabağ”a ötən ilin yayında transfer olunsa da, indiyədək bu komandada ümidləri doğrultmayıb. Onun Ağdam klubundan ayrıldıqdan sonra müqavilə ilə məxsus olduğu “Trabzonspor”a qayıdacağı gözlənilir.


Son xəbərlər