"Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 17-ci turunda səfərdə "Qarabağ”a uduzduqları (0:1) oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az-ın xəbərinə görə, Y.Hüseynov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- "Qarabağ”ı təbrik edirəm. Bu gün əks-hücumlara daha çox üstünlük verirdik. "Qarabağ” topla yaxşı oynayan komandadır. Əks-hücumlarda bir neçə fürsət əldə etsək də, dəyərləndirə bilmədik. Rəqib 86-cı dəqiqədə fərqləndi. Kaş 20-ci dəqiqədə qol buraxıb uduzardıq. Belə uduzmaq ağırdır. Yaxşı oyun sərgiləməsək də, uşaqlar bu gün döyüşdülər. Qol epizoduna təkrar baxmalıyam. "Keşlə” ilə oyunda qapımıza qolu ofsayddan vurdular. Məncə, bugünkü oyunda da buraxdığımız qolda ofsayd var idi. Bununla özümüzü sığortalamıram. Bir epizod oldu ki, İlyas Səfərzadə qapıçıyla təkbətək çıxanda hakim digər oyunçuya qarşı kobudluğa görə oyunu dayandırdı.
- Dedimarı oyuna buraxmağınıza səbəb nə idi?
- Samir Zərgərov zədələnmişdi. Həm də, o, mərkəzdə yaxşı oynayır. Ona Miçellə fərdi oynamağı tapşırmışdıq.
- Hakimlikdən danışdız. PFL buna görə sizə cəza verə bilər.
- Mən heç kimi mühakimə etmirəm. Sadəcə, daha diqqətli olmaq lazım olduğunu deyirəm.
- Bu gün mətbuat konfransına bir qədər gec gəldiz. Oyunçuları danlayırdız?
- Heç kimi danlamırdım. Sadəcə, son dəqiqələrdə qol buraxılanda istənilən məşqçi əsəbiləşər. Səhvlərimiz çoxdu. Ancaq uşaq səhvləri buraxırıq.
- Roman Hüseynov "Kəpəz”ə keçəndə hamı düşündü ki, burda şans qazanacaq...
- Heç kimdən geri qalmır. Sadəcə, öz vaxtını gözləməlidi.
- İlkin Sadıqov oyun zamanı yıxılaraq vaxt uzadırdı.
- Heç kimə vaxt uzatmağı tapşırmamışdım. O, fiziki cəhətdən güclü futbolçudu.
- İstədiyiniz "Kəpəz”i qura bilmisiz?
- Komanda qurmaq bir neçə ayın işi deyil. Mən söz vermişəm ki, son pillədən çıxacağıq. Komanda qurmaq üçün vaxt lazımdı. Hazırda komandamız pis deyil. Ancaq vaxt laızmdı.
- Şahin Diniyevin qoyub getdiyi komanda ilə öz komandanız arasında nə kimi fərqlər var?
- Mən öz komandamı heç kimin komandası ilə müqayisə etmək istəmirəm. Keçmiş keçmişdə qalıb, gələcəyə baxmaq lazımdı.
- Vinçesterin yoxluğunun səbəbi nə idi?
- Onun soyuqdəyməsi var. Buna görə şans qazanmadı.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi