Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "Keşlə"ni 2:1 hesabı ilə üstələyən "Sumqayıt"ın baş məşqçisi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Cəza səbəbindən texniki zonadan kənarda qalan mütəxəssis öncə oyun haqda danışıb:
- Qarşılaşma heç də ürəkaçan deyildi. "Keşlə” klubunun adından danışa bilmərəm. Futbolçularıma da dedim. Oyun ərzində çox çalışdıq. Əziyyət çəkdik. Son 15-20 dəqiqə ərzində oynamağa başladıq. Allah bu 3 xalı bizə pay verdi. Evə sevincli gedirik. İki komandanın da oyunu haqda yaxşı söz deyə bilməyəcəm. Darıxdırıcı idi. Birinci hissənin tez bitməsini istəyirdik ki, tapşırıqlarımızı verək. İkinci hissədə də fikirləşirdim ki, bu oyun necə olacaq? Çempionatın adına yaraşmayan oyun oldu. Bu isə mənim xoşuma gəlmədi.
- Qol vəziyyəti yaratmaqdan çətinlik çəkirdiniz. Bu nə ilə bağlı idi?
- Bu, əsasən rəqibin sıx oynamağı ilə bağlıdır. Biz fikirləşirdik ki, rəqib doğma meydanda oynayır. Bu oyun həm də kuboköncəsi bir sınaqdır. Fikirləşdiyimiz kimi olmadı. Oyunun əvvəllərindən qol buraxmaqlarına baxmayaraq müdafiə futbolu oynadılar. Əks hücumlara önəm verirdilər. Ona görə bir az problemlər yarandı. Bu gün oynamayan futbolçuları da meydana buraxdıq. Ülvi İsgəndərli və Cavid Tağıyevi misal göstərmək olar. Qol vəziyyətlərinin yaradılmasında həyacanlı olduqları hiss olunurdu. Həm də səfərdə oynayırdıq. Rəqibin qapanmağı bizə çox mane oldu.
- Qolu rəqibə hədiyyə etdiniz. "Sumqayıt”da qapıçı problemi olduğunu düşünürsünüz?
- O problemdən danışmaq istəmirəm. Oyunçularım haqda da danışmayacam. İlin sonuna az qalıb. Səhvlər həmişə olur. Cavan da edir, yaşlı da. Bizim üçün sevincli haldır ki, səhvə baxmayaraq, bu gün meydanı qələbə ilə tərk edirik.
- Həyəcanlı oynamağın "Neftçi”nin xal itirməsi ilə əlaqəsi var?
- "Neftçi” ilə 7 xallıq fərq var. İnanmıram ki, bu, "Neftçi” ilə bağlı olsun. Futbolçular öz üzərində təzyiq yaradıb. Ancaq qələbəyə köklənmişdilər. Çempionatda bir yer tutmaq istəyirik. Rəqibin oyunu və heyətdəki yeni futbolçuların həyəcanına görə pis, baxımsız oyun sərgilədik.
- Amil Yunanovun ehtiyatda qalma səbəbi nədir?
- Onun da səbəbi var. İki oyundan sonra biləcəksiniz. Ülviyə də şans verməliydim. Hər şey ola bilər. İki oyundan sonra səfərdə "Qəbələ” ilə oynayacağıq. "Qəbələ”dən icarəyə gələnlər oynamayacaq. Ülvini ona görə bu gün meydana buraxdıq. Amilə isə bir az istirahət verdik. İkisini də fiziki güc olaraq ehyatda saxlamaq istədik.
- Oyunu texniki zonadan izləmək çətin idi?
- Çox çətindir. Özümü sıxıb saxlamışdım. Orda danışsaydım, tribunadan səsim çatmayacaqdı. Bura ilə oranın fərqi tam başqadır. Mənim üçün çox çətin idi.
- Qələbə qolundan sonra başınızı tutdunuz...
- Başımın arxasında ağrılar hiss etdim. Ona görə başımı tutdum (sportnet.az).
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi