"Milan" 35 yaşlı qapıçı alır

"Milan" 35 yaşlı qapıçı alır
XƏBƏR 25 Fevral 2018 / 15:38 3186
-  A +

“Napoli”nin qapıçısı Pepe Reyna yayda “Milan”a keçə bilər.

Qol.az-ın “Gezzetta dello Sport”a istinadən yaydığı xəbərə görə, 35 yaşlı qolkiper “rossonyerlər”in maraq dairəsinə düşüb. Canluici Donnarummanın komandada qalıb-qalmayacağı bilinmədiyindən, Milan təmsilçisi ona əvəzləyici axtarışındadır. Hətta “Milan”ın idman direktoru Massimiliano Mirabelli yayda “Napoli”ylə müqaviləsi başa çatacaq Reyna ilə şifahi razılıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, ispaniyalı qapıçı 2015-ci ildən Neapol klubunda çıxış edir.

Daha çox


Son xəbərlər