Sabah Topaz Premyer Liqasında XVII turunda “Qəbələ” səfərdə “Səbail”lə qarşılaşacaq.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakıdakı “Bayıl Arena” stadionunda keçiriləcək görüş rəqiblər arasında 5-ci matç olacaq. İndiyədək “qırmızı-qaralar” “Səbail”lə 4 dəfə üz-üzə gəlib. Bu oyunların hamısı cari mövsümdə baş tutub. Komandalar iki dəfə Premyer Liqa, iki dəfə Azərbaycan kubokunda görüşüb. Dörd matçın hamısında “Qəbələ” qalib gəlib. Həm çempionat, həm kubokdakı ev və səfər qarşılaşmalarında qələbə qazanan “qırmızı-qaralar” 11 qol vurub və 4-nü buraxıb. Premyer Liqadakı hər iki matçda eyni hesab qeydə alınıb. Futbolçular 3 xalı 3:1 hesablı qələbələrlə əldə edib. 3-cü dəfə səfərdə “Səbail”lə görüşəcək “Qəbələ” çempionatda 3:1, kubokda 4:2 hesabı ilə qalib gəlib. Bu oyunlarda 11 qoldan 5-nə Baqali Dabo imza atıb. Famussa Kone 2, digər 4 futbolçu isə hərəyə 1 dəfə fərqlənib.
Xatırladaq ki, fevralın 24-də “Bayıl Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 16:00-da başlayacaq.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi