Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi

Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
XƏBƏR 23 Fevral 2018 / 09:45 1450
-  A +

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, keçirilən matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb.

Bolqarıstan, Serbiya, Qazaxıstan və Şotlandiya təmsilçilərinin turnirdə mübarizəni dayandırması Azərbaycanın işinə yarayıb. 23-cü sırada olan ölkəmizdən aşağı pillələrdə qərarlaşanlar son təmsilçisini itirdiyindən mövqeyimizin toxunulmaz qalacağı rəsmiləşib. Düzdür, Bolqarıstan Azərbaycana çatıb. Lakin əlavə göstəricilərdə 23-cü yerdə ölkəmiz qərarlaşıb və bu mövqe mövsümün sonunadək dəyişməyəcək.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 19.975 xalı var.


Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner