"Seçimə indidən başlamaq lazımdır. Komandanı formalaşdırmaq üçün qarşımda 3 ay vaxt var. Çalışacağam ki, bu 3 ay ərzində hansısa ölkələrdən mənə təklif olunan futbolçuları 3 gözümlə görüm. Ondan sonra isə qərarlarımı verəcəyəm".
Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Neftçi"nin yeni idman direktoru Ceyhun Sultanov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Gənc mütəxəssis bildirib ki, futbolçu seçimi zamanı ehtiyac olsa, baş məşqçini də özü ilə aparacaq ki, o da özü futbolçunu görüb seçə bilsin. C.Sultanov kluba videogörüntülərə əsasən futbolçu seçməyi doğru hesab etmədiyini vurğulayıb: "Kim seçirsə, komandası pis vəziyyətə düşür. Futbolçu şəxsən görülməlidir. Oyunçunun son durumu mənə maraqlıdır. Bundan öncəki durumu önəm kəsb etmir".
Yeni idman direktoru "Neftçi"də bir çox mövqelərdə problemlərin olduğunu deyib: "Əsas heyətə düşən 11 futbolçunun hamısın qazanmaq lazımdır. Maya qədər vaxtımız var. Nə qədər danışsaq da, 11 nəfər meydanda mübarizə aparır. O oyunçuları qazanmalıyıq. İstəyirik ki, 3 ay ərzində nəyəsə nail olaq. Baş cür mümkün deyil".
C.Sultanov bu təyinatadək menecer vəzifəsində çalışdığı "Sumqayıt"dan "Neftçi"yə futbolçu transferlərinin mümkünlüyünü istisna etməyib: "Gələcəkdə hər şey ola bilər. Biz 3 ay gözləməliyik ki, o futbolçular "Sumqayıt"da daha yaxşı səviyyədə olsunlar. Bu, heç kimə sirr deyil: Bir neçə futbolçu var ki, onları "Neftçi"yə cəlb etməyi planlaşdırırıq. Amma ən birincisi, baş məşqçi ilə razılaşmaq lazımdır. Onun razılığı vacibdir. Nəinki "Sumqayıt"da həvəskar klubda da çalışsaq, baş məşqçinin razılığı olmadan komandaya futbolçu cəlb edə bilmərik".
"Neftçi" rəsmisi yalnız baş məşqçi Tərlan Əhmadovun müsbət rəy verəcəyi oyunçuların komandaya cəlb olunacağını da əlavə edib: "Bu gün sizə bir futbolçunun adın söyləyək, 3 ay ərzində həmin futbolçunun çıxışında eniş olsa, necə olacaq? Baş məşqçiyə futbolçuların siyahısını təqdim edəcəyik. O isə baxacaq. Mən özüm də o futbolçuya baxıb, onun keyfiyyətlərini Tərlan müəllimin qarşısına qoyacam. Baş məşqçi isə bəyənsə, həmin futbolçu ilə müqavilə bağlanacaq. Heç bir insan bura hansısa futbolçunu ata bilməz. Bu, heç kimin ağlına gəlməyəcək. Belə hallar olmayacaq, ola da bilməz! Çünki futbol bunu tələb edir. Baş məşqçimizin bəyəndiyi oyunçular burada olacaq".
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı