"Kəpəz" "Qarabağ" üçün başladı

"Kəpəz" "Qarabağ" üçün başladı
XƏBƏR 21 Fevral 2018 / 10:46 1565
-  A +

“Keşlə” ilə ev oyunundan sonra bir gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri dünəndən məşqləri bərpa ediblər.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “sarı-göylər” Topaz Premyer Liqasının 17-ci turunda səfərdə qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır. Komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Kəpəz” fevralın 23-nədək BOS-da çalışmalara çıxacaq.

Qeyd edək ki, heyətdə zədəli futbolçu yoxdur.


Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner