"Kəpəz"in yarımmüdafiəçisi Samir Zərgərov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 16-cı turunda "Keşlə"yə 0:1 hesablı məğlubiyyəti şərh edən təcrübəli futbolçu maraqlı fikirlər səsləndirib.
- "Kəpəz" qış fasiləsindən sonra 2-ci oyunda da eyni hesabla uduzdu. "Keşlə"yə məğlubiyyətə nə səbəb oldu?
- Yaxşı qol imkanlarımız olsa da, ələ düşən fürsətlərdən yararlana bilmədik. Bizim imkanlarımız rəqibin epizodlarından çox idi. Qapımıza dorğu 3 zərbə vurdular, 1-i qol oldu. Evdə oynadığımız üçün qələbə qazanmaq istəyirdik. Gəncədə uduzmaq faciədir. "Kəpəz" doğma meydanda uduzmamalıdır. Əlimizdən gələni etsək də, sonda məğlub olduq. Məğlubiyyətə səbəb odur ki, onlar qol imkanlarından yararlandılar, biz isə istifadə edə bilmədik. Amma ümumi götürəndə, komandamız pis təsir bağışlamadı.
- Yəni demək istəyirsən ki, "Keşlə"nin qələbəsi ədalətsiz oldu?
- Yox, belə deməzdim. Sadəcə, oyun baxımından biz "Keşlə"dən daha yaxşı təsir bağışladıq. Həqiqətən belə idi. Oyuna baxan bütün mütəxəssislər də bunu deyir. Bizim qol imkanlarımız daha çox oldu. Buna baxmayaraq, keçmiş komandamı qələbə münasibətilə təbrik edirəm. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Sadəcə, onu deyirəm ki, "Kəpəz" rəqibdən üstün oynadı.Təəssüf ki, qolu onlar vurdu.
- Oyunun 82-ci dəqiqəsində "Keşlə"nin futbolçuları İlkin Sadıqova qarşı cərimə meydançasında kobudluq etsələr də, hakim görüşü davam etdirdi. Bu isə "Kəpəz" cəbhəsindən müəyyən narazılıqlara səbəb oldu. Sən necə düşünürsən, həmin epizodda penalti verilməliydi?
- Həmin epizoda bir qədər uzaq idim. Əvvəlcə elə bildim ki, penalti var. Amma sonradan videoyazıya baxanda gördüm ki, 50/50-yədir. Hakim verə də bilərdi, verməyə də. Əgər həmin epizodda Denis İlkini vurubsa, penalti verilməliydi.
- "Keşlə"ni udub sonuncu pillədən çıxmaq istəyirdiniz. Amma əksinə oldu və xal fərqi 5-ə yüksəldi...
- Doğrudan da "Keşlə"ni məğlub edib, turnir cədvəlində onları qabaqlamaq istəyirdik. Uduzduq, 5 xallıq fərq yarandı. Amma çempionat hələ qabaqdadır. "Keşlə" ilə daha bir oyunumuz var. Çalışacağıq ki, mövsümün sonundu bu yerdə olmayaq. Məşqçilər korpusuna, bütün komandaya inanıram. Oyunçuların çoxu komandaya yeni qoşulublar. Cəmi 2 oyun keçirmişik. Yəqin ki, bir neçə matçdan sonra komanda tam formalaşacaq, yeni futbolçular da uyğunlaşacaqlar. Heyətimiz yaxşıdır, hamısı futbol oynamağı bilirlər. Hər 2 oyunda bunu sübut etdik. Qələbə qazana bilməməyimiz komandaya mənfi təsir edir. İnanıram ki, növbəti turlarda sindronmu qıracağıq.
- "Kəpəz" qələbə qazanmadıqca azarkeşlər də komandadan üz döndərirlər. "Keşlə" ilə son oyunda stadiona toplaşan fanatların sayı da bunu deməyə əsas verir...
- Əlbəttə, məğlub olanda, azarkeş də üz döndərir. Onlar da istəyirlər ki, "Kəpəz" həmişə qələbə qazansın, öndə olsun. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimiz əvvəlki kimi bizi stadiondan dəstəkləsinlər. Amma bu qədər məğlubiyyətə baxmayaraq, yenə də müəyyən sayda azarkeş gəlmişdi. Orda olanların hamısına minnətdarlığımı bildirirəm. İstərdim ki, stadionda bundan da çox azarkeş olsun. Çünki onlar futbolun bir hissəsidirlər. Bir komandanın azarkeşi nə qədər çox olsa, bir o qədər yaxşı oynayır. Bu çətin vaxtlarımızda bizi dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm. Sağ olsunlar ki, bizi tək qoymurlar.
- Növbəti turda rəqib çempionluğa ən iddialı namizəd "Qarabağ" olacaq. İndidən düşünmək olar ki, məğlubiyyət seriyası 3-ə çatacaq?
- Xeyr, məğlubiyyət barədə düşünmürük. Düzdür, "Qarabağ" adlı-sanlı, böyük klubdur. Amma o demək deyil ki, onları məğlub etmək olmaz. Azərbaycanda çıxış etdiyim digər komandaların heyətində "Qarabağ"a qalib gəldiyimiz oyunlar olub. Nəinki Azərbaycanda. heç dünyada da məğlubedilməz klub yoxdur. Futbolda istənilən rəqibi udmaq olar. Sadəcə, oyuna yaxşı köklənmək lazmdır. Bu gündən hazırlıqlara başlamışıq. Bütün gücümüzü ortaya qoysaq, "Qarabağ"ı məğlub etmək olar.
Elnur SALAHOV
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türk Hava Yolları “Liverpul”un sponsoru oldu
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi
Millimizin üzvü “Sampdoriya”da növbəti oyuna çıxdı
Mbappe Ronaldonun məşhur hərəkətini təkrarladı - Video
“Latsio”dan əzmkar qələbə - Video
Superliqada 4-cü tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır