“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqanın 16-cı turunun “Sumqayıt”la oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o,əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- İlk qolda hakimin səhvi oldu. Özünüz də görə bilərsiniz. Tural özü də etiraf etdi ki, onu yıxmayıblar. Belə penalti verməzlər. Bundan sonra komanda ruhdan düşdü. İkinci qolda da mənim səhvim oldu. Etiraf edirəm. Hesab 0:2 olduqdan sonra oyunu düzəltmək çətin olur.
- Matçdan 1 gün öncə prezidentinizin dəyişməsi oyununuza təsir etdimi?
- Deməzdim ki, təsir etdi. Oyuna həmişəki qaydada hazırlaşmışdıq. Futbolçuların işi meydanda verilən tapşırıqları icra etməkdir. Sumqayıta 3 xal dalınca gəlmişdik, alınmadı.
- Qırmızı vərəqə aldığınız epizodda nə baş verdi?
- Azarkeş kənardan futbolçulara elə söyüşlər söyürdü ki, bunu heç kim götürməz. Heç bir azərbaycanlı vətəndaş bunu etməz. Futbolçumuz qaydanı pozdu, sonra rəqibə əl verdi. Hər şey normal idi. Bu vaxt azarkeş bizi söyməyə başladı. Normal söz demək olar. Bu isə təhqirin ən pis formalarını edirdi. Yaşlı kişi idi. Ona dedim ki, heç olmasa, yaşından utan.
- Deyilənə görə, həmin kişi Ehtiram Şahverdiyevin atası olub...
- Dəqiq bilmirəm, kimin atası idi. Azarkeş idi, sadəcə, dedim ki, yaşından utan, belə şey etmək olmaz.
Hakim də gəlib mənə qırmızı vərəqə göstərdi. Etirazımı bildirdim ki, bu cür söyüşlərin qarşılığında nəsə demək olar. Qırmızı vərəqənin yeri yox idi. Normal şəkildə ona cavab qaytardım. Çünki olmalı idi. Heç kim öz ailəsini küçədən tapmayıb.
- Qayıdaq oyuna. “Neftçi” yenə uduzdu...
- Yenə sözünü pis dediniz. Bundan əvvəlki oyunda qələbə qazanmışdıq. Gəlin, aqressiya ilə yanaşmayaq. “Sumqayıt”ı evdə məğlub etmişdik.
- “Neftçi”də hər şey yaxşıdır?
- Pis deyil. Oyuna da normal şəkildə hazırlaşmışdıq. Sadəcə, qoldan sonra çətin anlar yaşadıq.
- 4-cü yer uğrunda mübarizədə “Sumqayıt”la aranızda 5 xallıq fərq yarandı...
- Onsuz da 4-cü yer uğrunda mübarizə aparırıq. 5 xallıq fərq elə də çox deyil. “Sumqayıt”la evdə 1 oyunumuz var. Çempionat davam edir. Onların da xal itirmə ehtimalları çoxdur. Hər şeyi gələcək göstərəcək. Biz əlimizdən gələni edəcəyik.
- Yəqin razılaşarsınız ki, indiki halda kubok sizin üçün daha vacibdir...
- Əlbəttə. Kubok Avroliqaya getmək üçün ən asan yoldur. Biz hər iki şansdan yararlanmağa çalışacağıq. Çünki kubok oyunu çox çətin olacaq. Orda uduzsaq, heç olmasa, çempionatda 4-cü yeri tutmalıyıq. İkisindən birini etməyə çalışacağıq.
- Qarşıdan “Zirə” ilə oyun gəlir və siz də həmin görüşü buraxacaqsınız...
- Həmin oyuna sakit başla hazırlaşmaq lazımdır. Ajiotajı kənara atmalıyıq. Əlimizdən gələni edəcəyik ki, kubokda mübarizədən kənarlaşdırdığımız kimi, çempionatda da onları məğlub edək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi