"Açığı, oyuna pis başlamamışdıq. Amma etdiyimiz səhvlər matçın taleyini həll etdi. Mənə dedilər ki, "Sumqayıt”ın birinci qolunda penalti yox idi. Məğlub olsaq da, dördüncü pillə uğrunda mübarizə aparacağıq. Məğlubiyyətin səbəbkarı özüməm. Əminliklə deyirəm ki, "Neftçi” öz sözünü deyəcək. Əsas hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Ümid edirəm ki, buna nail olacağıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 16-cı turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- PFL prezidenti Ramin Musayev bu gün sizinlə bağlı növbəti açıqlama verib və cəzalandıracağını deyib. Bu məsələ haqda nə deyə bilərsiniz?
- Bu haqda çox söz-söhbət olub. Bu məsələlərə qayıtmaq istəmirəm. İnanın, mən oyuna iki gün qalmışdan mətbuatı oxumuram. Kim nə deyibsə, bu haqda danışmaq niyyətində deyiləm. Mənim işim meydançadadır və öz oyunumuz haqda danışmaq istəyirəm.
- Klubun prezidenti istefa verdi və Kamran Quliyev bu vəzifəyə təyin olundu. Rəhbər dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?
- Komandanın idarə heyəti var və onların qərarına hörmətlə yanaşırıq. Əgər belə qərar verilibsə, bunu qəbul etməliyik.
- Kampasın sizə bir, sonradan başqa qiymətə təklif olunduğuna dair xəbərlər var. Bu, nə dərəcədə doğrudur?
- Mən heç bir menecer tanımıram. Öz bəyəndiyim, seçdiyim oyunçular olub. Amma heç biri gəlib mənə çatmayıb. Mən Kampasın cəmi bir oyununu görmüşəm. Ötən ilin dekabrında Antalyada canlı baxdıqdan sonra demişəm ki, gətirin. Mən hətta yerli futbolçuların nə qədər qazandıqlarını bilmirəm. Onun hansı məbləğə gəlməsindən xəbərsizəm.
- Kamran Quliyevlə nədən danışmısınız?
- Söhbətimiz olub. Amma mətbuatda nələr yazıldığından xəbərsizəm. Oyun günü mətbuatdan uzaq oluram. Kamran müəllimlə komandanın strategiyası barədə danışmışam.
- Belə oyunla nəyə ümid edirsiniz?
- Komandanın oyunu göründü ki, hər şey qaydasındadır. Məğlubiyyətin səbəbkarı mənəm.
- Rəşad Sadiqovun meydandan qovulmasını necə dəyərləndirirsiniz? Futbolçunun azarkeşə cavab qaytarması nə dərəcədə doğrudur?
- Hər bir azərbaycanlı qarşı tərəfə hörmətlə yanaşmalıdır. Kənarda elə söyüş söyürlərsə, biz xristian deyilik ki, sabahımızı söyüşlə açaq. O söyüş mənə də pis təsir etdi. Sadəcə, deyirəm ki, belə söyüş sizə yaraşmaz.
- Söyüşü söyən Ehtiram Şahverdiyevin atasıdır...
- Meydanda olan kənara çıxmamalıdır. Ağsaqqal insan o cür söyürsə, biz və polis göz yumacaqsa... Biz insanıq, azərbaycanlıyıq. Bizə belə şey yaraşmaz.
- Klubun yeni prezidenti Kamran Quliyevlə sizin aranızda münasibətin çox yaxşı səviyyədə olduğu deyilir. Dünənki söhbətdən davam, yoxsa tamam qənaətinə gəlmək olar?
- Nə olacaqsa, yaxın zamanlarda bilinəcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi