UEFA son Albaniya çempionu "Skenderbeu"nu 10 il müddətinə avrokuboklardan kənarlaşdıra bilər.
Qol.az-ın Albaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub danışılmış oyunlarda iştirak etməkdə təqsirləndirilib.
UEFA müfəttişlərinin hazırladıqları raportda 50-dən çox danışılmış oyunun adları qeyd edilib.
Klubun 1 milyon avro cərimə ediləcəyi də gözlənilir. Cəzanın yaxın günlərdə açıqlanacağı bildirilir.
Qeyd edək ki, "Skenderbeu" 2016/17 mövsümündə 1 il avrokuboklardan kənarlaşdırılmış və çempionluğu əlindən alınmışdı.
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici