“Bavariya”nın yarımmüdafiəçisi Xames Rodriges komandasının Çempionlar Liqasındakı şansları barədə danışıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, kolumbiyalı futbolçu Münhen təmsilçisinin qitənin ən mötəbər klub turnirinin favoriti olduğunu bildirib:
“Bavariya” Çempionlar Liqasının favoritidir. Bizim yüksəksəviyyəli oyunçulardan qurulmuş super komandamız var. Nəyə görə də biz ÇL-i qazanmayaq?”
Qeyd edək ki, “Bavariya” ÇL-in 1/8 final mərhələsində “Beşiktaş”la üz-üzə gələcək. Komandalar arasında ilk oyun fevralın 20-də Münhendə keçiriləcək.
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici