Bu həftə Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək.
Qol.az-ın xəbərinə görə, turun mərkəzi qarşılaşması fevralın 17-də Qəbələdə olacaq.
Turnir cədvəlinin ilk “üçlüy”ündə qərarlaşan “Qəbələ” və “Zirə” mövsümdə 3-cü dəfə üz-üzə gələcək. Bu matç “qırmızı-qaralar”ın 2018-ci ildəki ilk ev oyunu olacaq.
İki komanda arasında duellərə gəlincə, ilk dəfə 2015-ci ildə qarşılaşan rəqiblər indiyədək 12 dəfə münasibətlərini aydınlaşdırıb. Həmin qarşılaşmalarda “Qəbələ” daha çox – 5 qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyibsə, 3 dəfə “Zirə” qalib gəlib. 30 qolun vurulduğu matçlarda daha məhsuldar olan “qırmızı-qaralar” 19, rəqibi 11 dəfə fərqlənib. Komandamızın qollarını 12 futbolçu rəqib qapısından keçirib. Bu duellərdə ən məhsuldar oyunçumuz Aleksey Qay 4, Ermin Zets 3, Teo Uiks və Filip Ozobiç isə hərəyə 2 qola sevinib. Ümumiyyətlə son 10 matçda “Qəbələ” meydanı qol vurmadan tərk etməyib.
Keçirilən 12 oyundan 10-u çempionat, 2-si kubok çərçivəsində baş tutub. 4 heç-heçənin qeydə alındığı Premyer Liqada komandalar hərəyə 3 qələbə qazanıb. Top fərqində üstün olan “Qəbələ” 12 qol vurub, 9-nu buraxıb. “Zirə”ni ümumilikdə 7-ci dəfə qəbul edəcək “qırmızı-qaralar” öz meydanında 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə uduzub. 9 top vuran futbolçularımız 5 qol buraxıb.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı