"Mərhələni keçmək imkansız deyil" - Neymar

"Mərhələni keçmək imkansız deyil" -  Neymar
XƏBƏR 15 Fevral 2018 / 21:12 3894
-  A +

"Mərhələ adlamaq çox çətindir, amma heç bir şey imkansız deyil”.

Qol.az-ın məlumatına görə, bu sözləri PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Real"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Brazliyalı hücumçu Fransa mətbuatına açıqlamasında “Barselona”nın ötən mövsüm çətinliklə PSJ səddini keçməsini xatırladıb:

“Ötən mövsüm mən "Barselona"da oynayanda daha çətin vəziyyətdə mərhələni keçmişdik. Ümid edirəm ki, bunu PSJ ilə də bacaracağıq".

Son xəbərlər
topaz banner