Ərəb klubları saç düzümünə görə futbolçularını cərimələdi

Ərəb klubları saç düzümünə görə futbolçularını cərimələdi
XƏBƏR 15 Fevral 2018 / 20:19 3786
-  A +

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Ayn" klubunun yarımmüdafiəçisi Keyo və "Əl-Vəhdi"nin hücumçusu Murad Batnu saç düzümünə görə cərimə olunublar.

Qol.az-ın "goal.com"a isinadən yaydığı xəbərə görə, hər iki futbolçu 1000 dirhəm (təqribən 220 avro) ödəməli olacaq.

Bundan əlavə, oyunçular saç düzümlərini dəyişməyəcəkləri təqdirdə növbəti cəzaya məruz qalacaqlar.

Qeyd edək ki, BƏƏ çempionatında saç düzümləri ilə bağlı qadağalar mövcuddur.

Son xəbərlər
topaz banner