Kuarejma və Abubakar "Beşiktaş"dan UEFA-ya şikayət etdi
"Beşiktaş"ın futbolçusu Rikardo Kuarejma klubundan FİFA-ya şikayət edib.
Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, portuqaliyalı yarımmüdafiəçisi buna səbəb kimi haqsızlığa uğramasını göstərib.
"Beşitaş"ın rəhbərliyi 2015-2016-ci il mövsümündə 12 sarı, 2016-2017-ci il mövsümündə 10 sarı və bu mövsüm 3 sarı, 1 qırmızı vərəqə alan futbolçuya 350 min avro pul cəzası kəsib. 34 yaşlı futbolçu isə buna etiraz edərək UEFA-ya şikayət edib.
Qeyd edək ki, İstanbul klubu ötən mövsüm komandada icarə əsasında çıxış edən və 4 sarı, 3 qırmızı vərəqə alan Vincent Aboubakara da 400 min avro pul cəzası kəsib. Kamerunlu hücumçu da “Beşitkaş”dan UEFA-ya şikayət edib.