"Yuventus" Buffonla Çempionlar Liqasını qazana bilməz"
"Buffon xüsusi qapıçı olub. Amma o, futboldan getmək üçün ən uyğun vaxtı əldən buraxdı".
Qol.az-ın məlumatına görə, bu sözləri "Football İtalia"ya açıqlamasında Almaniya millisinin sabiq üzvü Mario Basler deyib.
1996-cı Bundestimlə Avropa çempionu olmuş veteran yarımmüdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsinin "Tottenhem"lə oyununda (2:2) zəif təsir bağışlayan "Yuventus"un qapıçısı Canluici Buffonu tənqid edib. Basler Turin klubunun italyan qolkiperlə ÇL-i qazanmasının mümkünsüz olduğunu bildirib: "Bəlkə də Buffon Çempionlar Liqasını qazanmaq istəyir. Amma o, artıq beynəlxalq səviyyəyə uyğun gəlmir. "Yuventus" Buffonla kubok qazana bilməz".