"Bu turnirin rekordçusuna qarşı oynayacağıq. "Real" Çempionlar Liqası tarixinin ən yaxşı komandasır. Rəqibə hörmət edirik".
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"la ilk oyun öncəsi deyib.
"Əminəm ki, futbolçularım öz güclərini göstərəcəklər. Qalib gəlməyə hazırıq. Güclü rəqibə qarşı oynamaq xoşdur" - deyə o bildirib.
U.Emeri ÇL-də ötən mövsüm "Barselona"ya 1:6 hesablı məğlubiyyəti unutduqlarını vurğulayıb: "Mən indiki anla yaşayıram. "Barselona" ilə oyunlar bizə əlavə təcrübə verdi. Bu dəfə daha yaxşı hazırıq".
Qeyd edək ki, "Real" - PSJ görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu